Fidelia Baku
Reklam Yerləşdirmək üçün zəng edin
Fidelia Baku
Cinsi yolla keçən xəstəliklərin göstəriciləri

Cinsi yolla keçən xəstəliklərin göstəriciləri

Şübhəli bir cinsi əlaqə sonrasında, müəyyən bir risk dövrü vardır. Məsələn, bakteriya səbəblo bel soyuqluğunda (gonorrhea) bir neçə gün, Hepatit B və kalmidyozda bir neçə həftə, sifilisdə bir neçə ay və AİDS-də illər ala biləcək müddət. Üstəlik bəzilər xəstəliklərdə heç bir əlamətə rast gəlinməyə bilər. Bu yazımızda, cinsi yolla keçən xəstəliklərin əlamətlərindən bəhs etmək istəyirik.

Kişilər üçün:

* penis ucundan axıntı

* sidik edərkən yanma və qaşıntı

* Penisdə  qabarcıq, yara, ziyil və qızartı

* Linfalarda şişlik

* Cinsi əlaqədən sonra yaranmış ümumi halsılıq və narahatlıqlar

* Xayalardan bir və ya ikisində birdən ağrı.

* Cinsi birləşmə əsnasında ya da cinsi orqanlarda davamlı ağrı

Qadınlar üçün:

* Qadınlarda vaginada  normalda olan axıntının çoxalması. Axıntı su kimi, süd kimi, sarı və ya yaşıl rəngdə ola bilər. Bəzi vəziyyətlərdə, pis qoxulu ola bilər.

* Cinsi əlaqə sonrası qanama,

* Sidik zamanı yanma, sızıltı, tez-tez az miqdarda sidiyə çıxma,

* Cinsi orqan və çevrəsində qaşıntı,

* Genital bölgələrdə ağrı və bərabərində axıntı,

* genital bölgədə ziyil, xora tipi lezyonlar,

* Cinsi əlaqədən sonra yaranmış ümumi halsılıq və narahatlıqlar

* Cinsi orqanlardan axıntı və ya irin (iltihab) gəlməsi.

* Cinsi birləşmə əsnasında ya da cinsi orqanlarda davamlı ağrı