Fidelia Baku
Reklam Yerləşdirmək üçün zəng edin
Fidelia Baku
Prezervativin doğru istifadəsi

Prezervativin doğru istifadəsi

Prezervativin doğru istifadəsi

Kondom (prezervativ, qoruyucu) hamiləlikdən qorunmada əsrlərdən bəri istifadə edilən bir üsuldur. Tarixdə bilinən ilk kondom, ilan dərisindən hazırlanmışdır. Daha sonralar kətan, qoyun dərisi, heyvan bağırsağı kimi maddələrdən hazırlanmış olan kondomlar indiki vaxtda lateks adı verilən maddələrdən və xüsusilə nonoksinol-9 adı verilən spermisit maddənin əlavə olunmasıyla hazırlanan hamiləlikdən və cinsi yolla keçən bir çox xəstəliklərin qarşısının alınmasında istifadə olunan vasitədir.


Kondom, boşalma əsnasında spermanı içində həbsedər və sperma hüceyrələrinin qadın genital sisteminə çatmasına mane olur.

Kondomun qoruyuculuq nisbəti ön planda tətbiq şəklinə, ikinci planda kondomun keyfiyyətinə bağlıdır. Bu səbəblə kondom istifadəsi hər nə qədər sadə kimi görünsə də hər bir cütlük aşağıdakı məqamları  mütləq diqqətə almalıdır:

Hər əlaqə əsnasında yeni bir kondom istifadə edilməli və orgazm sonrası çıxarıldıqdan sonra penis başında az miqdarda da olsa sperma ola biləcəyindən penis qadının genital sistemindən uzaq tutulmalıdır.

Kondom seçimi çox əhəmiyyətlidir. Üzərində istehsal tarixi və son istifadə etmə tarixi olan və spermisit ehtiva edən kondomlar seçilməlidir.

Kondom təkcə “təhlükəli” günlərdə tətbiq olunduğunda qoruyuculuq nisbəti düşər. Buna görə qadın siklusun hansı dövründə olursa olsun mütləq hər əlaqədə istifadə edilməlidir.

Ən sıx edilən səhv tətbiqlərdən biri də cinsi əlaqəyə kondomsuz başlanması və dərhal orgazm əvvəlində penisin geri çəkilməsidir. Bu vəziyyət istənməyən hamiləliklərin meydana gəlməsinə səbəb ola bilər. Çünki boşalma olmasa belə kişidə xəbərdar edilmə dövründə ifraz olunan mayelərdə az miqdarda da olsa sperma hüceyrələri var.

Qoruyucu cinsi əlaqəyə keçmədən dərhal əvvəl kişi cinsi orqanına uyğun bir şəkildə taxılmalıdır. Hər kondom tək istifadəlikdir.

Qadında ya da kişidə lateks və ya kondomun ehtiva etdiyi spermisit maddələr qarşı həddindən artıq həssaslıq olarsa istifadə edilməməlidir.

Kondomun nə kimi üstünlükləri vardır?

Kondom istifadəsinin ən böyük üstünlüyü nizamsız cinsi həyatı olan cütlər üçün ən uyğun qorunma üsulu olması, asan tapılması və ucuz olmasıdır.

Hamiləlikdən qoruması xaricində AIDS, Hepatit B və C virusu və HPV (genital ziyil) daxil bütün mikrobioloji faktorların cinsi əlaqədə cütün birindən digərinə yoluxmasına manə olar. Bu xüsusiyyət digər qorunma üsullarının heç birində olmayan bir xüsusiyyətdir. Ancaq yuxarıda sayılan infeksiya xəstəliklərin təkcə genital təmasla yoluxmadığı unudulmamalıdır (Hepatit B nin öpüşməylə yoluxması, HPV-in prezervativin bağlamadığı bölgənin infeksiyalı bölgəyə təmasla yoluxması kimi).
Kondom qadını spermada və kişi cinsiyyət orqanında olan xəstəliklərdən qoruya bilər.

 
Kondom istifadəsinin riskləri vardırmı?
Uzun davamlı kondom istifadəsinin cütlərdə psixoloji mənşəli cinsi funksiya pozğunluğunun yarada biləcəyi deyilsədə bu hala reallıqda nadir rast gəlinir. Əsasən lateksə qarşı allergiyası olan cütlüklərdə bu kimi narahatlıqlar yarana bilər.

Kondomun cırılması:
Uyğun istifadədə çox nadir görülər. Kondom cırıldığında, xüsusilə nonoksinol-9 ehtiva etməyən kondom istifadəsində hamiləlik riski və cinsi yolla yoluxan xəstəlik faktorlarına məruz qalma riski kondom istifadə etməyən şəxslərdəki  qədər yüksəkdir. Təcili hamiləliyə qarşı vasitədən istifadə   olunması və lazım olsa infeksiyadan qorunmaq üçün müalicə alınması məqsədiylə həkimə müraciət edilməsi lazımdır.

Kondomun çıxardarkən vajinada qalması:
Bu vəziyyətdə qadın ya da kişi diqqətli bir şəkildə işarə və orta barmaqlarını vajinaya yavaşca salıb kondomu olduğu yerdən çıxarmalıdır. Kondomun cırılması əsnasında ortaya çıxan risklər burada da etibarlıdır.

Hamiləlik meydana gəlməsi:
Kondomun hamiləlikdən qorumada çox təsirli bir üsul olduğu deyilə bilməz. Bu səbəblə kondom istifadəsiylə qorunan cüt, bir həftəlik bir aybaşı gecikməsindən etibarən və ya hamiləliyə bağlı halların hiss olunmasında mütləq ən qısa zamanda hamiləlik testi etdirməli, ya da ginekoloquna müraciət etməlidir.