Fidelia Baku
Reklam Yerləşdirmək üçün zəng edin
Fidelia Baku

MemeThol

Qiyməti
49.00 AZN

MemeThol

Məhsul haqqında qısa məlumat :
MemeThol-Baryer spreyi anal nahiyyəyə xaricdən tətbiq olunaraq babasilin və anal çatın simptomatik müalicəsində istifadə olunan sprey
Qiyməti
AZN
49.00 AZN
Paylaş:
TELEFONLA SİFARİŞ +994 (50) 204 33 50

Məhsul haqqında ətraflı məlumat

MemeThol Baryer spreyi anal nahiyyəyə xaricdən tətbiq olunaraq babasilin və anal çatın simptomatik müalicəsində istifadə olunan heç bir farmakoloji, immunoloji və ya metabolik təsirləri olmayan bir preparat olub Səhiyyə Nazirliyi “Türkiye İlaç ve Tıbbi Cihaz Kurumu Tıbbi Cihaz Yönetmeliği ve  93/42/EEC”’yə görə IIa sinfindən olan Tibbi vasitədir

MemeThol Baryer spreyi, babasil və anal çat xəstələrinin şikayətlərini azaltmaq və aradan qaldırmaq üçün istifadə olunur.

İlk istifadədən etibarən babasildən qaynaqlanan ağrıları aradan qaldırır.

Preparatın istifadəsi müddətində ağrının daimi olaraq aradan qaldırılması gözlənilir.

Babasil düyünlərinin gündən-günə kiçilməsi müşahidə olunur.

Babasildən qaynaqlanan qanaxmanın bəzən anidən, bəzən isə yavaş-yavaş kəsilməsi gözlənilir.

Zədələnmiş toxumaları baryer sayəsində patogenlərin təsirindən qoruyur və xəstənin normal florasına təsir etmir.

MemeThol Baryer Spreyinin tərkibində kortizon ve başqa hormonal maddələr, paraben yoxdur. Aparılan analizlər nəticəsində “dəriyə dost” olduğu müəyyən edilmişdir .

  1. ve 2. Dərəcəli babasil xəstələri düyünlərin aradan qaldırılması üçün adətən 1 flakon MemeThol Baryer Spreyi istifadə etməlidir.
  2. ve 4. .Dərəcəli babasil xəstələri düyünlərin aradan qaldırılması üçünadətən 2flakon MemeThol BaryerSpreyi istifadə etməlidir. (2 flakon istifadəsi arasında fasilə olmamalıdır).
  3. İstifadə məqsədi:

    MemeThol baryer spreyi düz bağırsaq (anal) çatı olan və babasildən əziyyət çəkən xəstələrin şikayətlərini azaltmaq və onları aradan qaldırmaq məqsədi ilə hazırlanmışdır.

    Kimlər istifadə etməlidir:

    Spreyi anal çatı və babasili olan böyüklər istifadə edə bilər. Hamilələr, süd verən analar və 15 yaşdan kiçik uşaqlar istifadə edə bilməz.

    İstifadəsinə göstərişlər:

    – MemeThol spreyi babasilin ən önəmli simptomları olan ağrı və qaşınmanı non-farmakoloji üsulla aradan qaldırır. .  .

    – Dərinin ən üst qatında mexaniki baryer əmələ gətirərək zədələnmiş anal bölgəni mikroblardan qoruyur.

    – Təbəqə əmələ gətirməsi sayəsində epidermisdə qalır.

    – Müalicə müddəti ərzində babasil düyünlərini kiçildir.

    – Məhsulun PH-ı anal nahiyyənin mühitinə uyğundur.

     

     

    Əks göstərişlər:

    Ancaq babasilin müalicəsində istifadə oluna bilər. Rektal prolaps, anal damarların varikoz genişlənməsi və digər xəstəliklər zamanı istifadə olunması məsləhət görülmür.

    Yalnız babasildən qaynaqlanan ağrılarda istifadə olunmalıdır. Anorektal absesi olan xəstələrdə ağrının aradan qaldırılması müşahidə olunmaya bilər.

    Hamilələr, süd verən analar və 15 yaşdan kiçik uşaqlar istifadə edə bilməz.

    Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı allergiyası olan xəstələrdə istifadə olunması məsləhət görülmür.

    İstifadə qaydası və dozalanması:

    Gün ərzində 1dəfə 7-8 püskürtmə babasil olan nahiyyəyə tətbiq olunmalıdır.

    1) İstifadə etməzdən əvvəl babasil olan nahiyyə təmiz yuyulmalı və qurulanmalıdır.

    2) Məhsul qutudan çıxarılmalı və istifadə etməzdən öncə çalxalanmalıdır.

    3) Spreyi tam olaraq babasil olan nahiyyəyə vurmaq üçün uyğun duruş vəziyyəti alınmalıdır.

    4) Spreyin ucluğu yuxarı qaldırılaraq babasil olan nahiyyəyə 7-8 dəfə püskürtülməlidir. Genital bölgəyə təmas etməsinin qarşısı alınmalıdır.

    5) Spreyi vurduqdan sonra axmaması üçün 1-2 dəqiqə müddətində oturaq vəziyyətdə gözləmək lazımdır.

    6) Alt paltarını dərhal geyindikdə mavi rəngə boyana bilər. Bunun üçün 2-3 dəqiqə gözləməyiniz tövsiyyə olunur

    7) İstifadə etdikdən sonra əlləriniz və anal bölgə xaricində bulaşmış başqa nahiyyələr varsa sabun və bol su ilə yuyulmalıdır.

    8) MemeThol sprey göstərilən qaydada flakon bitənə gədər fasiləsiz olaraq istifadə olunmalıdır.

  4. İstifadə müddəti:

    Sprey gündə 1dəfə istifadə olunmalıdır.

    Şikayətlərinizin azalmasına baxmayaraq müalicənin tamamlanması və nəticənin qalıcı olması üçün flakon bitənə qədər istifadə olunmalıdır.

    Birinci flakonun istifadəsindən sonra sağalma müşahidə olunmazsa, fasilə vermədən ikinci flakonu istifadə etməyə davam etmək lazımdır. (Ağır hallarda iki flakon istifadə etmək məsləhət görülür; xüsusilə 3-cü və 4-cü dərəcələrdə).

Son məhsullar