Fidelia Baku
Reklam Yerləşdirmək üçün zəng edin
Fidelia Baku

Postinor N2 - Hamiləlik əleyhinə dərman

Qiyməti
10.97 AZN

Postinor N2 - Hamiləlik əleyhinə dərman

Məhsul haqqında qısa məlumat :
Qorunmayan cinsi əlaqədən  sonra və ya kontraseptiv üsul uğurlu seçilmədikdə təcili kontrasepsiya üçün,  72 saat ərzində planlaşdırılmamış hamiləliyin qarşısıni almaq üçün  tablet şəkilində dərman vasitəsi. Hamiləlik əleyhinə qisa müddətə təsir göstərən tabletlər.
Qiyməti
AZN
10.97 AZN
Paylaş:
TELEFONLA SİFARİŞ +994 (50) 204 33 50

Məhsul haqqında ətraflı məlumat

Qorunmayan cinsi əlaqədən  sonra və ya kontraseptiv üsul uğurlu seçilmədikdə təcili kontrasepsiya üçün,  72 saat ərzində planlaşdırılmamış hamiləliyin qarşısıni almaq üçün  tablet şəkilində dərman vasitəsi.

Hamiləlik əleyhinə qisa müddətə təsir göstərən tabletlər.

Təsiredici maddə:1 tabletin tərkibində 0,75 mq levonorqestrel vardır. Köməkçi maddələr:kolloidal silisium 4-oksid,kartof nişastası,maqnezium-stearat,talk,qarğıdalı nişastası,laktoza monohidrat.

İstifadə qaydası və dozası: Peroral qəbul olunur(ağızdan) 2 tablet qəbul olunmalıdır. Birinci tablet ,qorunmayan cinsi aktdan sonra.

Dərhal istifadəsi mümkün olduğu zaman qəbul etdikdə maksimal effektivliyə nail olmaq olar. İkinci tablet birincidən 12 saat sonra qəbul etmək lazımdır.

Əgər tabletlərin hər hansı birindən sonra qusma yaranarsa ,ikinci tableti təcili qəbul etmək lazımdır. Preparatın effektivliyi ilk 24 saat ərzində-95%

25-48 saat ərzində-85%;  49-72 saat  ərzində isə-58%- ə enir.

Postinor tabletləri 16 yaşa qədər cavan qadınlarda həkim nəzarəti olmadan istifadə etmək olmaz.

Əks göstərişlər: Tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq.

Son məhsullar