Rigevidon - Hamiləlik əleyhinə dərman

Qiyməti
14.05 AZN

Rigevidon - Hamiləlik əleyhinə dərman

Məhsul haqqında qısa məlumat :
Hamiləliyin qarşısını almaq üçün (kontrasepsiya) üçün istifadə edilir.
Qiyməti
AZN
14.05 AZN
Paylaş:
TELEFONLA SİFARİŞ +994 (50) 204 33 50

Məhsul haqqında ətraflı məlumat

Qısa məlumat: Hamiləliyin qarşısını almaq üçün (kontrasepsiya) üçün istifadə edilir.

 

Tərkibi:  Təsiredici maddə: bir tabletin tərkibində 0,15 mq levonorgestrel və 0,03 mq etinilestradiol vardır. 

Köməkçi maddələr: Susuz kolloidal silisium dioksid, maqnezium stearat, talk, qarğıdalı nişastası,laktoza monohidrat.Örtük: natrium karmelloza, povidon К-30, susuz kolloidal silisium dioksid, makroqol6000, kopovidon, titan dioksid (Е171), kalsium-karbonat, talk, saxaroza.

Farmakoloji xüsusiyyətləriRigevidon tabletləri çox zaman “kontraseptiv tabletlər” və ya KOK (kombinə olunmuş peroral kontraseptiv) adlanan kombinə olunmuş peroral kontraseptiv vasitələr qrupuna daxildir. Düzgün qəbul edildikdə kontraseptiv tabletlər effektiv geri dönən kontrasepsiya metodudur. Rigevidon tabletlərinin tərkibində iki növ hormon vardır: estrogen (etinilestradiol) və kiçik dozalarda progesteron (levonorgestrel). Onlar hamiləliyin baş verməsinin qarşısını, qadın hamilə olduqda xüsusi hormonların hamiləliyin qarşısının aldığı kimi alır.Kombinə olunmuş kontraseptiv preparatlar hamiləlikdən üç mexanizm hesabına qoruyur:

  Onun tərkibində olan hormonlar hər ay yumurta hüceyrənin yumurtalıqlardan çıxmasının (ovulyasiyanın) qarşısını alır.

  Onun təsiri uşaqlıq boynu kanalını dolduran seliyin özlülüyünün artmasından ibarətdir ki, bu da spermatozoidlərin uşaqlıq boşluğuna keçməsini və onların yumurta hüceyrə ilə təmasını çətinləşdirir.

  Bundan başqa, uşaqlığın selikli qişasının quruluşu və funksiyası dəyişilir ki, bu da mayalanmış yumurta hüceyrənin uşaqlığın divarına yapışma ehtimalını azaldır.

Əks-göstərişlər: Aşağıda sadalanan xəstəliklərdən/ patoloji vəziyyətlərdən istənilən biri sizdə olduqda  Rigevidon tabletlərini qəbul etməyin. Bu hallar Sizdə olduqda, bu haqda müalicə həkiminə məlumat verməlisiniz. O, Sizdən aldığı məlumatlar əsasında  Rigevidon tabletlərinin Sizə uyğun gəlməməsi qərarına gələ və kontrasepsiyanın digər metodundan istifadə etməyi məsləhət görə bilər.

  Sizdə və ya yaxın qohumlarınızın birində qan dövranı pozğunluğu ilə bağlı olan xəstəliyin və ya qan damarlarında “tromboz” adlanan qan laxtalarının əmələ gəlməsinin yüksək riski ilə bağlı sağlamlıq vəziyyətində istənilən digər pozğunluqların olması. Tromboz qanda qan damarını tuta bilən laxta əmələ gəldikdə yaranır. Qan laxtaları bəzən ayaqların dərin venalarında əmələ gəlir (dərin venaların trombozu). Əgər tromb venanın divarından əmələ gəldiyi yerdə qoparsa, o, qan cərəyanı ilə ağciyər arteriyalarına düşə və onları tuta bilər ki, bu da ağciyər arteriyalarının tromboemboliyasına gətirib çıxarır. Tromblar ürəyin qandaşıyıcı damarlarında əmələ gələrək miokard, beyin infarktı, insulta səbəb ola bilər və ya digər orqanların damarlarında da əmələ gələ bilər.

  Miokard infarktı keçirdikdə, stenokardiya tutmaları (sinədə güclü ağrılar), qəfil zəiflik və

ya bədənin bir tərəfində arabir sancma hissi ilə müşayiət olunan insult və ya qan dövranı pozğunluğu olduqda.

  Ürək, ürək klapanları xəstəlikləri və ürək ritminin pozğunluğu olduqda.

 Miqrendən əziyyət çəkdikdə və ya əvvəllər miqren tutmaları müşahidə edildikdə.

  Arterial təzyiq xeyli dərəcədə yüksəldikdə (arterial hipertenziya).

 Qan damarlarının xəstəliyinə gətirib çıxaran şəkərli diabetin ağır formasının olması.

 Hal-hazırda və ya keçmişdə göz xəstəliyinin olması (məsələn, gözün torlu qişasının “retinopatiya” adlanan xəstəliyinin olması).

  Hal-hazırda və ya keçmişdə qaraciyər şişi, qaraciyərin ağır xəstəliyinin olması.

  Süd vəzisi xərçənginin diaqnostika olunması və ya əvvəllər süd vəzi xərçənginin və ya bədxassəli şişin digər növünün, məsələn, yumurtalıqların xərçəngi, uşaqlıq boynunun xərçəngi və ya uşaqlıq cisminin xərçənginin olması.

  Cinsiyyət yollarından aybaşı ilə bağlı olmayan qanaxmanın olması.

 Hamilə olduqda və ya bu cür ehtimal istisna edilmədikdə.

   Rigevidon preparatının komponentlərindən istənilən birinə qarşı allergiyanın (hiperhəssaslığın) olması.

  artıq bədən çəkisi (piylənmə)

  özünüzün (və ya yaxın qohumlarınızdan birinin) qanında yağların yüksək səviyyəsi (xolesterinin və triqliseridlərin yüksək səviyyəsi)

  arterial təzyiqin xeyli dərəcədə yüksəlməsi (arterial hipertenziya)

  damarların varikoz genişlənməsi 

  venaların iltihabı (adətən ayaqlarda) (tromboflebit) 

  başın bir tərəfində hiss olunan güclü baş ağrısı tutmaları (hemikraniya)

  şəkərli diabet

  bağırsağın xroniki iltihabi xəstəliyi və ya yoğun bağırsağın iltihabı (Kron xəstəliyi, qeyri-spesifik xoralı kolit) 

  karlığın irsi forması (“otoskleroz”) 

  əhval-ruhiyyənin düşməsi (depressiya)

  huşun itməsi ilə yanaşı qıcolma tutmaları ilə təzahür olunan mərkəzi sinir sistemi xəstəliyi (epilepsiya)

  ətrafların kəskin qeyri-iradi hərəkətlərinin müşayiət olunduğu və “Sidenqam xoreyası” adlanan hərəki pozğunluq 

  qaraciyər və/ və ya öd kisəsi xəstəliyinin olması (məsələn, dərinin sarılığı və/ və ya öd kisəsində daşların əmələ gəlməsi müşahidə edilir)

  “porfiriya” adlanan irsi xəstəliyin olması (porfiriya nadir irsi xəstəlik olub, bu zaman orqanizm hemoqlobini düzğün parçalaya bilmir ki, bu da sidiklə tünd pimentlərin xaric olmasına gətirib çıxarır)

  oraqvari-hüceyrə anemiyasının olması

 “hemolitik-uremik sindrom” (HUS, böyrək damarlarının trombozunun böyrək çatışmazlığına gətirib çıxardığı pozğunluq) adlanan qan xəstəliyinin olması 

  sistem qırmızı qurdeşənəyinin (SQQ, bədənin bir çox hissələri, o cümlədən dəri, oynaqlar və daxili orqanların zədələnməsi müşahidə edilir) diaqnostika olunması 

  öd mübadiləsinin pozulması ilə bağlı olaraq bütün bədəndə qaşınmanın narahat etməsi 

  dəridə hamilələrin herpesi adlanan və hamiləliyin gec mərhələlərində və ya doğuşdan sonrakı dövrdə əmələ gələn səpgilərin olması 

  üzdə və ya bədəndə qəhvəyi ləkələrin (xloazmlar) olması.Bu kontraseptiv vasitənin qəbulu zamanı yuxarıda göstərilən xəstəliklərin simptomları geri qayıda bilər. Bununla əlaqədar olaraq, bu preparatdan bütün istifadə dövrü ərzində müntəzəm şəkildə tibbi baxışlar həyata keçirmək lazımdır.

Digər dərman preparatları ilə qarşılıqlı təsiri: Son zamanlar qəbul etdiyiniz, o cümlədən reseptsiz satılan istənilən preparatlar haqqında müalicə həkimi, stomatoloq və ya əczaçıya məlumat verin.Bəzi dərman vasitələri  Rigevidon tabletlərinin effektivliyini dəf edə bilər, başqa sözlə, onlar bu tabletin kontraseptiv təsirini zəiflədə bilər. Bundan başqa, Rigevidon tabletləri eyni vaxtda qəbul edilən digər dərman preparatlarının effektivliyinə təsir göstərə bilər. Onlara aiddir, məsələn:

  epilepsiya və psixi xəstəliklərin müalicəsi üçün istifadə edilən dərman vasitələri (məsələn, barbituratlar, fenitoin, primidon, topiramat, lamotricin, karbamazepin, okskarbazepin);

  dazıotu (Hypericum perforatum) kimi məlum olan bitki mənşəli dərman vasitəsi;

  antibiotiklər (məsələn, rifampisin, ritonavir, ampisillin, tetrasiklin və digər penisillinlər);

 göbələk infeksiyalarının müalicəsi üçün istifadə edilən preparatlar (məsələn, qrizeofulvin);

  orqan və toxumaların transplantasiyasından sonra qopma reaksiyasını dəf etmək üçün istifadə edilən dərman vasitələri (məsələn, siklosporin). Rigevidon tabletləri ilə eyni vaxtda istənilən dərman vasitəsini qəbul etdikdə, mütləq bu haqda müalicə həkimi, stomatoloq və ya əczaçıya məlumat verin.Digər dərman vasitələrini qəbul etdikdə, müalicə həkimi və ya stomatoloq onların qəbulu başa çatdıqdan sonra 7 gün ərzində və hətta daha da çox əlavə kontraseptiv vasitədən (prezervativlər və spermisidlər kimi) istifadə etməyi məsləhət görə bilər.

 Rigevidon preparatının yemək və içkilərlə birlikdə qəbul edilməsi: Tabletləri, bütöv şəkildə, su ilə (əgər bu vacibdirsə) qəbul edin.

Hamiləlik və laktasiya dövründə istifadəsiHamilə olduqda və hamiləlikdən şübhələndikdə örtüklü Rigevidon tabletləri qəbul edilməməlidir. Rigevidon tabletləri laktasiya dövründə qəbul edilməməlidir. Döşlə uşaq əmizdirdikdə və kontraseptiv tabletlər qəbul etmək istədikdə, bunu müalicə həkimi ilə müzakirə etmək lazımdır.

İstifadə qaydası və dozası:

  Rigevidon tablet preparatının hər bir qablaşdırmasında, içərisində 21 örtüklü tablet olan 1 və ya 3 blister olur. Blister elə hazırlanmışdır ki, tabletlər qəbul edilməsi lazım gələn günlər buraxılmasın.

  Blisterin üzərində hər bir tabletin qəbul edilməli olduğu həftənin günləri qeyd edilmişdir. Blisterin üzərində çap edilmiş oxun istiqamətinə əməl etməklə, o boşalana qədər 21 gün ərzində hər gün 1 tablet qəbul etmək lazımdır.

  Bundan sonra, 7 gün ərzində, tablet qəbul edilməməlidir. Preparatın qəbul edilmədiyi 7 gün arasında, 2-ci və ya 3-cü gün aybaşıya bənzər “kəsilmə qanaxması” tipində başlayan və “aybaşı qanaxmasına” müvafiq gələn aybaşı başlayacaqdır.

 Qanaxma hələ dayanmasa belə, növbəti qablamaya 8-ci gün başlayın (preparatın qəbul edilmədiyi 7 sərbəst gündən sonra). Əgər Rigevidon preparatı düzgün qəbul edilərsə, hər bir yeni qablamaya həftənin eyni günü başlanılacaqdır və aybaşı qanaxması hər bir ayda həftənin eyni günü başlayacaqdır.

  Tabletləri hər gün təxminən eyni vaxtda qəbul etməyə çalışmaq lazımdır.

  Tabletləri bütöv şəkildə, su ilə (əgər bu, vacib olarsa) qəbul etmək lazımdır.

   Rigevidon preparatının birinci qablaşdırmasına necə başlamaq lazımdır:  Əvvəlki aybaşı vaxtı daxilə qəbul etmək üçün heç bir kontraseptiv vasitədən istifadə etmədikdə.

  Birinci tableti aybaşının birinci günü qəbul edin. Bu, Sizin tsiklinizin birinci günü, qanaxmanın başlandığı gündür. Həftənin bu günü üçün qeyd olunmuş tableti qəbul edin (məsələn, əgər aybaşı həftənin çərşənbə axşamı günü başlayarsa, qablamanın üzərində “çərşənbə axşamı” kimi qeyd olunmuş tableti qəbul edin). Oxla göstərilmiş istiqamətə əməl edin və blister boşalana qədər hər gün bir tablet qəbul etməyə davam edin.

Rigevidon tabletlərinin qəbuluna aybaşının 2-5-ci günləri başladıqda, tabletlərin qəbulunun ilk 7 günü ərzində kontrasepsiyanın əlavə metodundan, məsələn, prezervativlər və ya spermisidlərdən istifadə etmək lazımdır. Lakin bunu yalnız preparatın birinci qablamasını qəbul edən zaman etmək lazımdır.

  Tabletləri əvvəlki 21 gün ərzində düzgün qəbul etdikdə və növbəti qablamaya lazımi gündə başladıqda, preparatın qəbulunda 7-günlük fasilə ərzində kontrasepsiyanın istənilən digər üsullarından istifadə etməyə ehtiyac yoxdur.

 

  Tərkibində yalnız progestogen olan kontraseptiv vasitədən (mini-pili, inyeksiya, implantat və ya uşaqlıqdaxili spirallar) istifadə etdikdən sonra  Rigevidon preparatının qəbuluna keçid

 Tərkibində progestogen olan tabletlərin (mini-pili) qəbulunu istənilən vaxt dayandıra və Rigevidon tabletlərinin qəbuluna növbəti gün adi vaxtda başlamaq lazımdır. Lakin yeni preparatın qəbulunun ilk 7 günü ərzində cinsi əlaqə vaxtı əlavə kontraseptiv vasitədən (məsələn, prezervativlərdən və ya spermisidlərdən) istifadə etmək lazımdır.

  Əgər Sizə inyeksiya edilmişsə, implantat yeridilmişsə (dərinin altına yerləşdirilən kontraseptiv vasitə) və ya progesteronlu uşaqlıqdaxili spiral yerləşdirilmişsə, örtüklü Rigevidon tabletlərini növbəti inyeksiyanın təyin edildiyi gün və ya implantat və ya uşaqlıqdaxili spiralın çıxarıldığı gün qəbul etməyə başlaya bilərsiniz. Lakin yeni preparatın qəbulunun ilk 7 günü ərzində cinsi əlaqə vaxtı əlavə kontraseptiv vasitədən (prezervatilər və ya spermisidlər kimi) istifadə etmək lazımdır.

  Doğuş, düşük və ya abortdan sonra müalicə həkimi preparatın qəbuluna dair tövsiyələr verməlidir.

  Rigevidon preparatının qəbuluna hamiləliyin ilk üç ayı ərzində baş vermiş düşük və ya abortdan dərhal sonra başlaya bilərsiniz. Bu halda əlavə kontraseptiv vasitələrdən istifadə etmək lazım deyil.

  Əgər vaxtından əvvəl doğuşlar olmuşdursa və ya hamiləliyin ikinci üçaylığında abort baş vermişdirsə və döşlə uşaq əmizdirilmirsə, Rigevidon tabletlərinin qəbulunua vaxtından əvvəl baş vermiş doğuşdan, düşükdən və ya abortdan 21-28 gün sonra başlamaq olar. Lakin preparatın qəbulunun ilk 7 günü ərzində cinsi əlaqə zamanı əlavə kontrasepsiya vasitəsindən (məsələn, prezervativ və ya spermisiddən) istifadə etmək lazımdır.

 Rigevidon tabletlərinin qəbulunu dayandırmaq istədikdə:

 Rigevidon tabletlərinin qəbulunu istənilən vaxt dayandırmaq olar. Rigevidon tabletlərinin qəbulunu hamilə qalmaq məqsədilə dayandırdıqda, təbii menstruasiya baş verənə qədər kontrasepsiyanın digər metodundan istifadə edin. Bu halda müalicə həkimi uşağın doğum tarixini asanlıqla təyin edəcəkdir.

Əlavə təsirləri: Bütün digər dərman vasitələri kimi, Rigevidon tabletləri bütün qadınlarda olmasa da arzuolunmaz əlavə reaksiyalar əmələ gətirə bilir. Əgər hər hansı ciddi arzuolunmaz əlavə reaksiyalar əmələ gələrsə və ya hər hansı digər arzuolunmaz reaksiyalar inkişaf edərsə bu haqda müalicə həkiminə və ya əczaçıya məlumat vermək lazımdır.

Son məhsullar